9 Noyabr – Dövlət Bayrağı Günü: Azərbaycan dövlətçiliyinin qürur rəmzi

Nov 9, 2026 - 22:27
 6
9 Noyabr – Dövlət Bayrağı Günü: Azərbaycan dövlətçiliyinin qürur rəmzi

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.

Azərbaycanın üçrəngli Dövlət Bayrağı xalqımızın milli kimliyini, müstəqilliyini, dövlətçiliyini və azadlıq ideallarını özündə əks etdirən müqəddəs rəmzlərdən biridir.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il noyabrın 9-da üçrəngli bayraq ilk dəfə dövlət bayrağı kimi qəbul edilib. Müstəqilliyimizin bərpasından sonra bu bayraq Azərbaycan Respublikasının Dövlət Bayrağı statusunu yenidən qazanıb.

Bayrağımızdakı mavi rəng türk mənşəyimizi, qırmızı rəng müasirliyi və inkişafı, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluğumuzu ifadə edir. Aypara və səkkizguşəli ulduz isə milli rəmzlərimizin ayrılmaz hissəsidir.

2009-cu il noyabrın 17-də imzalanmış sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Bu gün üçrəngli bayrağımız ölkəmizin suverenliyinin, milli birliyinin və tarixi qələbələrinin rəmzi olaraq dalğalanır.

Dövlət Bayrağımız daim yüksəklərdə dalğalansın! 9 Noyabr – Dövlət Bayrağı Günümüz mübarək! 🇦🇿