8 Noyabr – Zəfər Günü: Azərbaycan tarixinin şanlı səhifəsi
Bu gün Azərbaycanda 8 Noyabr – Zəfər Günü qeyd olunur.
2020-ci il noyabrın 8-də Azərbaycan Ordusunun Şuşa şəhərini işğaldan azad etməsi ölkəmizin hərb tarixində mühüm dönüş nöqtəsi oldu. Bu tarixi qələbə 44 günlük Vətən müharibəsinin gedişinə həlledici təsir göstərdi və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində böyük əhəmiyyət daşıdı.
Zəfər Günü Azərbaycan xalqının milli birliyinin, dövlətimizin qətiyyətinin və Silahlı Qüvvələrimizin qəhrəmanlığının təcəssümüdür.
Bu şanlı tarix şəhidlərimizin əziz xatirəsi, qazilərimizin fədakarlığı və Vətən uğrunda mübarizə aparan hərbçilərimizin igidliyi ilə yaddaşlara həkk olunub.
8 Noyabr Azərbaycan xalqının qürur, birlik və Zəfər günüdür.
Zəfər Günümüz mübarək!