Oğuzda müəmmalı ölüm: 61 yaşlı şəxsin ailəsində eyni faciə iki dəfə yaşanıb
Nov 3, 2026 - 14:11
0
Üç gün öncə Oğuzda meşədə 61 yaşlı Aqil Rəsulov adlı şəxsin yanmış meyiti tapılıb.
Fatehler.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu, A.Rəsulovun ailəsində baş vermiş ilk belə hadisə deyil. Daha əvvəl onun atası və əmisi oğlu da oxşar şəkildə vəfat ediblər.
Qeyd edək ki, 1965-ci il təvəllüdlü A.Rəsulovun yanmış meyiti oktyabrın 31-də səhər saatlarında şəhərin meşəlik ərazisində tapılıb.
Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.