FIFA U-15: Azərbaycan millisi bu gün növbəti oyunlarını keçirəcək
Azərbaycan millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalında bu gün növbəti oyunlarını keçirəcək.
Ölkə.az xəbər verir ki, Famil Xəlilovun komandası 12:45-də Andorra millisi ilə üz-üzə gələcək.
Komanda saat 19:30-da Avstraliya yığması ilə qarşılaşacaq.
Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.
Xatırladaq ki, U-15 turnirdə keçirdiyi ilk matçda Timor-Leste yığmasını 6:0 hesabı ilə məğlub edib. Milli komanda oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada üz-üzə gələcək.
