Azərbaycan voleybol klubu Danimarkada qələbə qazanıb
Azərbaycanın “DH Volley Baku” voleybol klubu Avropa kuboku turniri çərçivəsində səfərdə Danimarkanın “Holte IF” komandasını 3:1 hesabı ilə məğlub edib.
Fatehler.az AZƏRTAC -a istinadən xəbər verir ki, klubun prezidenti Şərəf Yalçın noyabrın 5-də Bakıda keçiriləcək cavab qarşılaşmasında da qalib gələrək növbəti mərhələyə yüksələcəklərinə əminliyini ifadə edib.
Danimarkada yaşayan soydaşlarımız da Azərbaycan komandasına xüsusi dəstək göstəriblər. Danimarka Azərbaycan Vətən Cəmiyyətinin sədri Mehriban Əliyeva və təşkilatın üzvləri Holtedə keçirilən qarşılaşmanı izləyərək komandamıza azarkeşlik ediblər.
Danimarkada qazanılan qələbə “DH Volley Baku” komandasına cavab oyunu öncəsi üstünlük qazandırıb. Növbəti mərhələyə vəsiqənin taleyi noyabrın 5-də Bakıda keçiriləcək cavab qarşılaşmasından sonra müəyyənləşəcək.