Hikmət Hacıyev: "Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır"
"Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır".
Fatehler.az Oxu.Az-a. istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
"Altı il əvvəl Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli və müdrik liderliyi, şəhidlərimizin qanı bahasına torpaqlarımız işğaldan azad edildi, 30 ilə yaxın davam edən Qarabağ və Şuşa həsrətinə son qoyuldu. Bu gün doğma Şuşada qalib dövlətin vətəndaşı kimi dayanmaq misilsiz bir duyğudur. Allah şəhidlərimizə rəhmət eləsin! Qarabağ Azərbaycandır!" - deyə Prezidentin köməkçisi bildirib.