17.06.2026. 44 günlük Vətən müharibəsidə könüllü olaraq vuruşub Fizulinin azadlığı ugrunda şəhid olan Cüdoçu şəxsi tələbəm Elvin Səxavət oğlu Abbasovun ad günüdür.
Əzizim Elvin ,sən Vətən uğrunda Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhraman övladlarmızdansan. Məşq zamanı bizim cəngavər kimi oğlanlarmız var torpaqlarımızı alaq, erməni kimdiye bizim qarşımızda deməyini heç unutmaram… Bəli mənim üçün çox çətindir. Çətin olmaqla qürur vericidir, sənin kimi igidin məşqiçisi olmuşam. Bu gün bütöv Azərbaycan sizinlə fəxr edir. Cənab Prezident İlham Heydər oğlu Əliyev dediyi kimi. Dövəltin nə qədər silah, sursatı olsada sinəsini qabağa verən əgərdir. Bəli… Doğum günün, cənnətdə dəyişməyən doğum günün mübarək.! Xatirən daim qəlbimizdə yaşayacaq, İnşallah məqamın cənnətdir. Sizi unutmaram və unutdurmaram əsla!!!