İnformasiya Portalı

Milli Qurtuluşdan Böyük Zəfərə

0

Tarix sübut edir ki, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir. Azərbaycan xalqı bu həqiqəti öz taleyində yaşamış xalqlardandır.

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan qısa müddət ərzində ağır sınaqlarla üzləşdi. Ölkədə siyasi qeyri-sabitlik hökm sürür, iqtisadi vəziyyət ağırlaşır, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunurdu. Dövlətçiliyimizin taleyi təhlükə altına düşmüşdü.

1993-cü ilin iyun hadisələri Azərbaycanı vətəndaş qarşıdurması və parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir çətin və məsuliyyətli dövrdə xalqın tələbi ilə Naxçıvandan Bakıya dəvət olunan ümummilli lider Heydər Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan Ali Sovetinin Sədri seçildi. Həmin gün Azərbaycan tarixində Milli Qurtuluş Günü kimi əbədiləşdi.

Milli Qurtuluş Azərbaycanın dövlət müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və sabitliyin bərpası yolunda dönüş nöqtəsi oldu. Məhz həmin gündən ölkəmiz parçalanmaq təhlükəsindən xilas edildi, xalqın gələcəyə inamı özünə qaytarıldı.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Heydər oğlu Əliyev tərəfindən uğurla davam etdirilir. Güclü dövlət, güclü ordu və xalq birliyi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, uzun illər işğal altında qalan torpaqlarımız azad olundu.

Bu gün Qarabağda və Şərqi Zəngəzurda dalğalanan üçrəngli Azərbaycan bayrağı Milli Qurtuluş ideyalarının təntənəsi, şəhidlərimizin müqəddəs qanı və xalqımızın əyilməz iradəsinin nəticəsidir.

15 İyun – Milli Qurtuluş Günü təkcə keçmişimizin deyil, həm də bugünkü güclü Azərbaycanın və Böyük Zəfərimizin təməlidir. Bu gün biz qürurla deyə bilərik ki, müstəqilliyimizi qoruduq, dövlətçiliyimizi möhkəmləndirdik və şəhidlərimizin arzularını gerçəyə çevirdik.

Qurtuuşdan Zəfərə uzanan bu şərəfli yol Azərbaycan xalqının gücünün,iradəsinin və sarsılmaz dövlətçilik ənənələrinin təntənəsidir. Azərbaycanın Prezdenti Cənab İlham Əliyev dediyi kimi. O bu günkü Azərbaycanı görsə idi o çox şad olardı. Bu günkü Azərbaycan Heydər Əliyevin əsəridir.

Yaşasın müstəqil, qüdrətli və qalib Azərbaycan!

Bir cavab yazın

Your email address will not be published.