İnformasiya Portalı

Yəmənə 48 saatda 129 zərbə: Husilər cavab vəd etdilər

0

Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri iki gün ərzində Yəmənin “Ənsar Allah” hərəkatının (husilər) nəzarətində olan ərazilərinə 129 zərbə endirib.

Fatehler.az.  Oxu.az-a istinadən xəbər verir ki, bu barədə hərəkatın rəsmi nümayəndəsi Yəhya Səriya bildirib.

“Son 48 saat ərzində Səudiyyə aviasiyası Təz, Mərib, Əl-Hudeydə, Əl-Cauf, Səada, Əmran və Həccə əyalətlərinə 129 zərbə endirib”, – deyə husilərin nümayəndəsi iddia edib.

Onun sözlərinə görə, zərbələr Səudiyyə hərbçilərinin Xamis-Muşayt və Ət-Taifdəki hərbi bazalarından istifadə edən “F-15” və “Typhoon” təyyarələri ilə həyata keçirilib.

“Ənsar Allah” nümayəndəsi bildirib ki, husilər bu zərbələri cavabsız qoymayacaqlar.

Bir cavab yazın

Your email address will not be published.