İnformasiya Portalı

Tramp Türkiyənin “S-400” sistemlərini almasından danışdı

0

ABŞ Prezidenti Donald Tramp Türkiyənin Rusiyadan aldığı “S-400” hava hücumundan müdafiə sistemlərinin bu ölkəyə “F-35” qırıcılarının tədarükü baxımından problem yaratmadığını bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Türkiyə ilə bağlı heç bir narahatlığım yoxdur. Deyərdim ki, hazırda Türkiyə ilə münasibətlərimiz, bəlkə də, indiyədək olduğundan daha yaxşıdır”, – deyə Tramp Ankarada keçirilən NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı vurğulayıb.

17:46

“ABŞ rəhbərliyi Türkiyəyə “F-35″ qırıcı təyyarələrinin verilməsi ehtimalını nəzərdən keçirəcək. Bu da iki ölkə arasındakı əlaqələri daha da möhkəmləndirə bilər”.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı bildirib.

“Biz bu məsələ ilə bağlı yekun qərara gələcəyik. Münasibətlərimiz olduqca yaxşı səviyyədədir”, – deyə ABŞ dövlət başçısı vurğulayıb.

Türkiyə prezidenti isə Trampla aparılan danışıqların yekunlarına əsasən, Birləşmiş Ştatların “F-35” hərbi təyyarələri ilə bağlı müsbət qərar verəcəyinə ümid etdiyini açıqlayıb.

 

Bir cavab yazın

Your email address will not be published.