İnformasiya Portalı

Arzu Hüseynova tələbə adını qazanan gəncləri təbrik edib

0

“Əziz gənc tələbələrimiz, siz bizim gələcəyimizsiniz!”

Yeni tədris ilinin başlanması ərəfəsində tələbə adını qazanan minlərlə gənc böyük sevinc yaşayır. Onların bu uğuruna sevinənlər sırasında Fatehler.az saytının təsisçisi, Azərbaycanın ilk cüdoçu xanımlarından, İU və “Neftçi”nin məşqçisi Arzu Hüseynova da yer alıb.

Arzu Hüseynova tələbə adını qazanan bütün gəncləri səmimi qəlbdən təbrik edərək, bu uğurun onların əzmkarlığının, zəhmətinin və məqsədyönlü çalışmalarının nəticəsi olduğunu bildirib.

O, gənclərlə yanaşı, onların uğurunda böyük əməyi olan müəllimləri və daim dəstək göstərən valideynləri də təbrik edib:

“Əziz tələbə adını qazanan gənclər! Sizi bu böyük uğurunuz münasibətilə ürəkdən təbrik edirəm. Bu nailiyyət sizin zəhmətinizin, əzminizin və çalışqanlığınızın gözəl nəticəsidir.

Bu sevincdə payı olan dəyərli müəllimlərinizi və sizi hər zaman dəstəkləyən valideynlərinizi də səmimi qəlbdən təbrik edir, onlara təşəkkürümü bildirirəm.

Arzu edirəm ki, tələbəlik illəriniz uğurlu, biliklərlə zəngin və yaddaqalan olsun. Gələcəyin savadlı, vətənpərvər və peşəkar mütəxəssisləri olasınız.

Əziz gənc tələbələrimiz, siz bizim gələcəyimizsiniz! Uğurlarınız bol, yolunuz daim açıq olsun!”

Arzu Hüseynova gənclərə yeni həyat mərhələsində uğurlar arzulayaraq, onların əldə etdikləri bilik və təcrübə ilə ölkəmizin inkişafına öz töhfələrini verəcəklərinə inandığını vurğulayıb.

Bir cavab yazın

Your email address will not be published.