İnformasiya Portalı

Şəhid övladları “Neftçi” İdman Klubunda cüdo ilə məşğul olurlar

0

Ölkənin aparıcı idman klublarından olan “Neftçi” İdman Klubu İctimai Birliyinin icraçı direktoru Fərəc Əliyevin Vətən müharibəsi şəhidi, baş leytenant Nurəddin Abdullayevin Vətənə əmanət qalan övladları və şəhid ailələri ilə səmimi görüşündən xatirə şəkli.

Görüş zamanı şəhid ailələrinə göstərilən diqqət və qayğı, onlara olan böyük ehtiramın ifadəsi kimi diqqət çəkib.

Şəhidimizin övladları – Uğur və Ümid qardaşları Sumqayıt “Neftçi” İdman Klubunda cüdo ilə məşğul olurlar. Onlar məşqçi Arzu Hüseynovanın rəhbərliyi ilə məşqlərini davam etdirirlər.

Kim bilir, bəlkə də bu gün cüdo zalında məşq edən Uğur və Ümid qardaşları sabah Dünya, Avropa və Olimpiya çempionatlarında Azərbaycanın üçrəngli bayrağını ucaldacaq, ölkəmizin himnini səsləndirəcəklər.

Bu gün onlar şəhidlərimizin Vətənə əmanətləridir. Sabah isə şəhidlərimizin ucaltdığı bayrağı dünya arenalarında dalğalandıran, Azərbaycanın adını uğurla təmsil edən qaliblər olacaqlar.

İnşallah!

Bir cavab yazın

Your email address will not be published.