Neft-qaz sənayesi müəssisələrinin əməkdaşları arasında keçirilən yarışda kollektiv həmrəyliyin və sağlam həyat tərzinin təbliğinə xüsusi diqqət yetirilir
20 Sentyabr – Neftçilərin Peşə Günü münasibətilə neft-qaz sənayesi müəssisələri arasında voleybol yarışına start verilib.
Yarış Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun yaxınlığında yerləşən “Neftçi İdman Klubu” İctimai Birliyinin “Məşəl” İdman Kompleksində keçirilir.
Turnirin keçirilməsində əsas məqsəd neft-qaz sənayesi müəssisələrinin əməkdaşları arasında idmanın və sağlam həyat tərzinin təbliği, kollektiv həmrəyliyin gücləndirilməsi, həmçinin əməkdaşlar arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsidir.
Yarış çərçivəsində komandalar öz idman bacarıqlarını nümayiş etdirərək mübarizə aparırlar. Turnirin həm idman, həm də kollektiv münasibətlərin inkişafı baxımından əhəmiyyətli olduğu bildirilir.
Yarışda iştirak edən bütün komandalarımıza uğurlar arzulayırıq!
20 Sentyabr – Neftçilərin Peşə Günü münasibətilə bütün neftçilərimizi təbrik edir, onlara möhkəm cansağlığı, işlərində uğurlar və yeni nailiyyətlər arzulayırıq!