Qərbi Afrikada 7,3 milyondan çox insan münaqişələr səbəbindən qaçqın vəziyyətinə düşüb

0 16

Qərbi Afrikada 7,3 milyondan çox insan silahlı münaqişələr və təbii fəlakətlər nəticəsində qaçqın vəziyyətinə düşüb.

«Report» “The Guardian” qəzetinə istinadən xəbər verir ki, bunu Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) Komissiyasının sədr müavini Damtien Çinçibija deyib.

Onun sözlərinə görə, hazırda ECOWAS ölkələrində münaqişələr, zorakılıqlar və təbii fəlakətlər səbəbindən 7 milyon 337 min insan məcburi köçkün vəziyyətindədir.

ECOWAS-ın sədr müavininin sözlərinə görə, assosiasiya ölkələrində mövcud vəziyyət davam edən hərbi münaqişələr səbəbindən humanitar problemlərin kəskinləşməsi ilə xarakterizə olunur. Bütün bunlar, xüsusən Sahel və Çad gölü hövzəsində kütləvi köçə səbəb olub.





Source link

Leave A Reply

Your email address will not be published.