Rusiyada azərbaycanlı borca görə həmyerlisini öldürdü

0 24


Rusiyada 39 yaşlı azərbaycanlı həmyerlisini qətlə yetirib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə avqustun 13-də günorta saatlarında Vsevolojsk rayonunun Novosaratovka kəndində Oktyabrskaya sahilindəki kanatlı körpünün altında baş verib.

Münaqişə və qətlə səbəb kiçik borc olub. Belə ki, azərbaycanlılar arasında borc pul üstündə başlayan mübahisə sonradan tərəflərin bıçaq və tapançadan istifadə etməsinə gətirib çıxarıb.

38 yaşlı azərbaycanlı dava zamanı 43 yaşlı həmyerlisini bud nahiyəsindən güllələyib və hadisə yerindən qaçıb. Təcili tibbi yardım həkimlərin gördükləri tədbirlərə baxmayaraq, yaralını xilas etmək mümkün olmayıb.

Məlumata görə, tərəflərin hər biri ərazidə dəmir yığmaqla məşğul olublar.

Şübhəli avqustun 15-də saxlanılıb. O, asayiş keşikçilərinə dava zamanı aldığı yaranı göstərib, lakin ekspertlər bunun həmin axşam baş verənlərlə bağlı olduğuna şübhə ediblər. Axtarış zamanı 39 yaşlı kişinin üzərindən ölümcül atəş açıldığı ehtimal edilən paslanmış tapança aşkar edilib.

Məlum olub ki, qatil Rusiyada qeyri-qanuni olub. Ancaq o, buna baxmayaraq, evakuator sürüb, həm Vsevolojskda, həm də Sankt-Peterburqda tərk edilmiş avtomobilləri və qırıntıları toplamaqla məşğul olub.

Saxlanılan şəxs barəsində həbs-qətimkan tədbiri seçilib, araşdırma aparılır.



Source link

Leave A Reply

Your email address will not be published.