İnformasiya Portalı

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd olunur

0

Hər il oktyabrın 5-i dünyada Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün müəllimlərin cəmiyyətin inkişafında oynadığı mühüm rola diqqət çəkmək, onların əməyini qiymətləndirmək və təhsilə verdikləri töhfələri vurğulamaq məqsədi daşıyır.

Beynəlxalq Müəllimlər Günü 1994-cü ildən etibarən UNESCO-nun təşəbbüsü ilə qeyd edilir. Günün keçirilməsində əsas məqsəd müəllimlərin hüquqlarının, sosial statusunun və peşə fəaliyyətinin əhəmiyyətinin ön plana çıxarılmasıdır.

Müəllim yalnız bilik öyrədən deyil, eyni zamanda gənc nəslin dünyagörüşünün formalaşmasına, onların savadlı və məsuliyyətli vətəndaş kimi yetişməsinə mühüm töhfə verən şəxsdir.

Bu münasibətlə bütün müəllimləri 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edir, onlara möhkəm cansağlığı, fəaliyyətlərində uğurlar və yetirmələrinin uğurlarından daim qürur duymalarını arzulayırıq.

Bir cavab yazın

Your email address will not be published.