Premyer Liqa: «Turan Tovuz» mövsümü qələbə ilə başa vurub

0 25

Futbol üzrə Azərbaycan Premyer Liqasında sonuncu – XXXVI turun daha bir oyunu keçirilib.

«Report»un məlumatına görə, günün ilk matçında «Turan Tovuz» «Kəpəz»i qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib — 1:0. 74-cü dəqiqədə Otto Con fərqlənib.

Xallarının sayını 48-ə çatdıran Tovuz klubu mövsümü 6-cı, 35 xala malik Gəncə təmsilçisi isə 8-ci pillədə başa vurub.

Qeyd edək ki, günün ikinci görüşündə «Qarabağ» «Araz-Naxçıvan»la üz-üzə gələcək. XXXVI turun ilk oyunlarında «Sabah» «Neftçi»ni, «Sumqayıt» «Qəbələ»ni, «Zirə» isə «Səbail»i 1:0 hesabı ilə məğlub edib.

Leave A Reply

Your email address will not be published.