«Real»ın sabiq baş məşqçisi «Vest Hem» komandasını çalışdıracaq

0 32

İspaniya millisinin və «Real»ın (Madrid) sabiq baş məşqçisi Xulen Lopeteqi «Vest Hem» komandasını çalışdıracaq.

«Report» BBC-yə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis yeni mövsümün əvvəlində İngiltərə klubunun «sükanı arxasına» keçəcək.

«Çəkicdöyənlər» hazırkı baş məşqçi Devid Moyeslə müqavilə müddətini uzatmaq fikrində deyil.

Qeyd edək ki, X.Lopeteqinin sonuncu iş yeri İngiltərənin «Vulverhempton» kollektivi olub. 57 yaşlı mütəxəssis daha əvvəl «Sevilya», «Portu», «Rayo Valyekano» klublarının baş məşqçisi olub.





Source link

Leave A Reply

Your email address will not be published.