İnformasiya Portalı

Neft ucuzlaşmağa başladı

0

Yaxın Şərqdə münaqişənin həlli istiqamətində irəliləyişlərin olması neft qiymətlərini aşağı salır.

Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Bakı vaxtı ilə saat 9:15-də Londonun ICE birjasında iyun ayına çatdırılma ilə “Brent” markalı neftin füçerslərinin qiyməti 1.24 dollar (1.25%) azalaraq bir barel üçün 98.15 dollar təşkil edib. Əvvəlki sessiyada “Brent” markalı neft 4.46 dollar (4.7%) ucuzlaşaraq 99.39 dollar olmuşdu.

Nyu-York Ticarət Birjasında (NYMEX) may ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti isə 1.36 dollar (1,44%) azalaraq bir barel üçün 93.33 dollara düşüb. Bundan əvvəlki sessiyada WTI markalı xam neft 3.40 dollar (3.7%) ucuzlaşaraq 94.69 dollar olmuşdu.

Bir cavab yazın

Your email address will not be published.