Azərbaycanda planlaşdırılan internet kəsintiləri barədə ictimaiyyətə öncədən məlumat veriləcək.
Oxu.Az “Trend”ə istinadən xəbər verir ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə müvafiq tapşırıqlar verilib.
Belə ki, ölkədə xidmət təchizatçıları (operator və provayderlər) tərəfindən şəbəkə və xidmətlərin dayanıqlılığına təhlükə yaradan qəzalar, kütləvi kəsintilər barədə ictimaiyyətin məlumatlandırılması istiqamətində normativ hüquqi sənədlərə zəruri əlavələr ediləcək.
Həmçinin, internet kəsintiləri barədə ictimaiyyətə öncədən məlumat verilməsini təmin etmək məqsədilə internet informasiya resurslarında müvafiq məlumatlar yerləşdiriləcək.
Görüləcək işlərin 2026-cı il avqustun 31-dək yekunlaşdırılması planlaşdırılır.