Avqustun 23-də Qazaxıstanda respublikanın yeni Konstitusiyası ilə təsis edilmiş birpalatalı parlamentə – Qurultaya ilk seçki başlayıb. Ölkənin 20 regionunda 10 400-ə yaxın seçki məntəqəsi qapılarını seçicilərin üzünə açıb.
Fatehler.Az RBK-ya Oxu.Az -a istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Bununla yanaşı, 16 xarici dövlətdə yerləşən 19 seçki məntəqəsində də səsvermə başlayıb. Seçici siyahılarına 12 605 788 nəfər daxil edilib.
Qazaxıstanın yeni Konstitusiyası iyulun 1-də qüvvəyə minib. Yeni əsas qanun, digər dəyişikliklərlə yanaşı, ikipalatalı parlamentdən 145 deputatdan ibarət birpalatalı parlament sisteminə keçidi nəzərdə tutur. Seçki partiya siyahıları üzrə keçirilir.