COP29 zamanı Bakı aeroportunda gündəlik sərnişin dövriyyəsinin 25-27 minə çatacağı gözlənilir

0 11


Noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı Heydər Əliyev Beynəxalq Aeroportunda gündəlik sərnişin dövriyyəsinin 25-27 minə çatacağı gözlənilir.

«Report» xəbər verir ki, bunu hava limanının direktoru Teymur Həsənov bildirib.

«Hazırda bu rəqəm 18-20 min arasındadır», — deyə qeyd edib.

T.Həsənovun sözlərinə görə, COP29-la bağlı bütün proseslərin tənzimlənməsi üçün işçi qrup yaradılıb.

«Hava limanı gücləndirilmiş rejimdə gündəlik 45-50 min sərnişinə xidmət göstərə bilər. COP29 çərçivəsində əlavə 15 çarter reysi planlaşdırılır», — o deyib.

Aeroport rəsmisi həmçinin əlavə edib ki, hava limanının uçuş-enmə zolağı əsaslı təmirdən sonra istifadəyə verilib: «Bundan başqa, sürmə yolları təmir olunub, 3 yeni yol inşa edilib. Sərnişin ötürmə qabiliyyətinin artırılması məqsədilə təhlükəsizlik baxış məntəqələrinin sayı artırılıb. 12 ədəd «self-check-in» və 10 ədəd «baggage drop-off» terminalları quraşdırılıb. Hava limanında internet avadanlıqları yenilənib, daha sürətli və dayanıqlı bağlantı təmin edilib».





Source link

Leave A Reply

Your email address will not be published.