Gürcüstan səyahətçisi: Ümid edirəm ki, gələcəkdə Qarabağın gözəlliklərini yenə görəcəyəm

0 11

Ümid edirəm ki, gələcəkdə Qarabağın gözəlliklərini yenidən görəcəyəm.

“Report”un Şuşaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Gürcüstandan olan səyyah Şaban Məmmədov deyib.

O, Şuşaya ailəsi ilə gəldiyini və gələcəkdə dostları ilə birlikdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə məmnuniyyətlə səfər edəcəyini bildirib.

“Çox istəyirəm ki, Gürcüstandan olan dostlarım və ailəm bu gözəl şəhəri görsünlər, mən burada çox gözəl yerlər görmüşəm və yenidən buraya qayıtmaq istəyirəm”, — Ş.Məmmədov vurğulayıb.

Qeyd edək ki, Gürcüstandan Azərbaycana üç səyahətçi qrupu gəlib. Səfərdə məqsəd rayonda aparılan tikinti və bərpa işləri ilə tanış olmaqdır.

Səyyahların işğaldan azad edilmiş ərazilərə səfəri oktyabrın 22-də başa çatacaq.

Leave A Reply

Your email address will not be published.