Moldova klubunun kapitanı: «Zirə» ilə oyunda əlimizdən gələni edəcəyik

0 7

Müsbət nəticə üçün əlimizdən gələni edəcəyik.

«Report» xəbər verir ki, bunu «Şerif»in kapitanı Mussa Kiabu Moldovada «Zirə»yə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

Malili yarımmüdafiəçi qarşılaşmanın onlar üçün çox önəmli olduğunu söyləyib:

«Bir neçə həftədir ki, bu görüşə hazırlaşırıq. Avrokubokda ilk matçımızdır. Komandaya yeni qoşulanlar var. Bizim vəzifəmiz onlara ailənin əhatəsində olduqlarını hiss etdirməkdir».

Qeyd edək ki, «Şerif» və «Zirə» arasında ilk görüş iyulun 11-də, saat 21:00-da “Şerif” İdman Kompleksində reallaşacaq. Cavab oyunu isə bir həftə sonra “Liv Bona Dea Arena»da gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.





Source link

Leave A Reply

Your email address will not be published.