«Lexus Bakı» Avropanın ən yaxşıları siyahısında yer aldı

0 6

Premium avtomobil markası olan «Lexus»un Azərbaycandakı rəsmi dileri «Lexus Bakı» KIWAMI 2024 mükafatının qalibi oldu.

“Kiwami Awards” Avropada Lexus dilerlərinin əldə etdiyi görkəmli biznes və müştəri xidmətləri nailiyyətlərini qiymətləndirir. Bu il 300-dən çox müəssisə arasında cəmi 17 mərkəz unikal “Lexus Omotenashi” qonaqpərvərlik prinsipləri və müstəsna müştəri xidmətləri ilə seçilib. «Lexus Bakı»da bu mərkəzlər arasında öz yerini tutub.

“Bu, bizim pərakəndə satış şirkətlərimiz üçün maraqlı vaxtdır, çünki biz onlarla gələcək elektrikləşdirilmiş modellər üçün proqramımız üzərində işləyirik və rəqəmsallaşmanın təklif etdiyi imkanlardan maksimum yararlanırıq. Eyni zamanda, biz müştərilərimizə qarşı insan mərkəzli yanaşmamızı qoruyub saxlayırıq, fərq etmir onlar mərzkəzlərimizə fiziki yaxınlaşır ya da rəqəmsal kanallarımız vasitəsilə bizimlə əlaqə saxlayırlar. Məqsədimiz, onlara möhtəşəm təcrübə yaşatmaqdır. Mən bu ilin qaliblərini təbrik edirəm, onların hər biri müstəsna səviyyədə işgüzar fəaliyyət və xidmət göstərmişlər”, — «Toyota Motor Europe»nın vitse-prezidenti Paskal Ruh açıqlamasında qeyd edib.

«Kiwami Awards» 2016-cı ildə yaradılıb və bu il Avropa üzrə 340-dan çox səlahiyyətli «Lexus» dilerləri iştirak etmək hüququ qazanıblar.

Bu ilki qaliblər Norveçdə dörd günlük tədbirdə mükafatlandırılıblar. Keçirilən tədbirdə onlar yeni biliklər və elektrikləşdirmə üzrə ən yaxşı təcrübələri bölüşmək şansı əldə ediblər.

Leave A Reply

Your email address will not be published.