“AzerGold”dan 8 il ərzində ölkə iqtisadiyyatına mühüm töhfələr

0 6

Prezident İlham Əliyevin milli maraqlara söykənən effektiv iqtisadi siyasət kursu nəticəsində dağ-mədən sənayesinin qeyri-neft-qaz sektorunda payı gündən-günə daha da artır.

Bu məqsədlə “AzerGold” QSC dağ-mədən sənayesinin inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələrin uğurla icra edilməsinə çalışır. Sahənin tərəqqisinə xidmət edən dövlət şirkəti, həmçinin qiymətli metalların yerli və beynəlxalq bazarlarda realizəsi ilə ölkə iqtisadiyyatına töhfələri verməyə davam edir.

Ötən 8 il ərzində “AzerGold” qeyri-neft-qaz sektoru üzrə ixracatçı dövlət subyektləri sırasında ön pillələrdə qərarlaşmağa nail olub. Səhmdar Cəmiyyət 441 min 326 unsiya qızıl, 919 min 244 unsiya gümüşün hasilatı, 437 min 730 unsiya qızıl, 889 min 709 unsiya qızıl və gümüşün yerli və beynəlxalq bazarlarda satışını həyata keçirib. Bu satış əməliyyatları nəticəsində ölkə iqtisadiyyatına 1 milyard 274 milyon 94 min 914 manat vəsait cəlb edilib.





Source link

Leave A Reply

Your email address will not be published.