Bacısının yanına tətilə gəldi, ƏRİNİ ÖLDÜRDÜ -FOTO

0 8

Türkiyənin Adana şəhərinə tətilə gələn şəxs bacısı ilə pis rəftar etdiyi üçün yeznəsini tapança ilə vuraraq öldürüb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, polis tərəfindən yaxalanan qətl şübhəlisi ilk ifadəsində «Söhbət etmək üçün görüşdük, dava çıxanda bu oldu. Peşman oldum» deyib.

İstanbuldan Adanaya tətilə gələn Mehmet Kuş bacısına qarşı zorakılıq edən yeznəsini öldürüb. Polisin keçirdiyi əməliyyat zamanı şübhəli həbs edilib.

İddiaya görə, 33 yaşlı Faruk Soyyiğit həyat yoldaşı T.S.-ə şiddət tətbiq edib.

İstanbuldan Adanaya tətilə gələn Mehmet Kuş bacısına qarşı pis rəftar edən yeznəsi  Faruk Soyyiğitlə məhəllənin bir küçəsində qarşılaşıb. İkili arasında mübahisə qısa zamanda davaya çevrilib. Dava zamanı Mehmet Kuş bacısının əri Soyyiğiti tapança ilə vuraraq qaçıb.

Yaralanan Soyyiğit qanlar içində yerə yıxılıb. Xəbər verildikdən sonra əraziyə sağlamlıq və polis qrupları sövq edilib. Hadisə yerinə gələn sağlamlıq qrupları Soyyiğiti xəstəxanaya aparsa da, müdaxilələrə baxmayaraq onu xilas etmək mümkün olmayıb.



Source link

Leave A Reply

Your email address will not be published.