Kayseridə iğtişaşlar zamanı 470-dən çox şəxs saxlanılıb

0 14

Türkiyənin Kayseri vilayətində iğtişaşlar zamanı 470-dən çox şəxs saxlanılıb.

“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Kayseridəki hadisədən sonra ölkəmizin bəzi şəhərlərində suriyalılara qarşı aksiyalar təşkil olunub. Aksiyalardan sonra 474 nəfər saxlanılıb. Müəyyən edilib ki, saxlanılan 285 nəfər müxtəlif cinayətlərə görə (miqrant qaçaqmalçılığı, sağlamlığa zərər vurma, narkotik vasitələrin qanunsuz dövriyyəsi, quldurluq, oğurluq və s.) cinayət məsuliyyətinə cəlb edilib”, — paylaşımda qeyd edilib.





Source link

Leave A Reply

Your email address will not be published.