«Ayaks» Avropa çempionatının bombardirini Fransa klubuna satıb

0 10

Niderlandın «Ayaks» klubu Gürcüstan millisinin hücumçusu Corc Mikautadzeni Fransa təmsilçisi «Mets»ə satıb.

«Report» xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Fransızlar futbolçu üçün 13 milyon avro ödəyib. 23 yaşlı hücumçu ötən mövsüm “Mets”də icarə əsasında çıxış edib və 14 qol vurub.

Qeyd edək ki, G.Mikautadze Almaniyada təşkil olunan Avropa çempionatında Gürcüstan millisinin heyətində meydana çıxdığı 4 oyunda 3 qol vurub və bombardirlər siyahısında yer alıb. Gürcüstan yığması 1/8 finalda İspaniyaya 1:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Leave A Reply

Your email address will not be published.