Ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur — FAKTİKİ HAVA

0 30

Ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur.

Bu barədə «Report»a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Şəmkir, Quba, Qusar, Qax (Sarıbaş), Şamaxı, Qəbələ, Zaqatala, Qobustan, Xaltan, Xaçmaz, Göyçay, Zərdab, Şabran, Altıağac, Lerik, Yardımlıda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, Oğuz və Neftçalada 15-20 m/s təşkil edir.

Şamaxı rayonu Ərçiman kəndinə diametri 4-5 mm, Çuxuryurd kəndinə 10 mm, Gədəbəy və Daşkəsən rayonunlarına 12 mm diametrində dolu düşüb.

Yağan leysan yağışlar nəticəsində hazırda Kişçay, Şinçay və Ağsuçaydan sel keçir.





Source link

Leave A Reply

Your email address will not be published.