Almaniya millisinin əsas müdafiəçisi zədələnib

0 10

Almaniya millisinin əsas futbolçularından hesab edilən Antonio Rudiger ölkəsində keçirilən Avropa çempionatında zədələnib.

«Report» «Football Espana» nəşrinə istinadən xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Yulian Naqelsmann açıqlama verib.

O, müdafiəçinin İsveçrə ilə heç-heçə etdikləri qrup mərhələsinin II tur matçında ombasından xəsarət aldığını bildirib: «Ümid edirəm ki, ona ciddi bir şey olmayıb. Amma bu, bizə problem yarada bilər».

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq. Almaniya yığması A qrupunun lideri kimi 1/8 finala vəsiqə qazanıb.

Leave A Reply

Your email address will not be published.