AVRO-2024: Almaniya turnirdə ikinci qələbəsini qazanıb — YENİLƏNİB — 5

0 12

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Almaniya — Macarıstan matçı başa çatıb.

«Report» xəbər verir ki, qarşılaşma Bundestimin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Almanların heytində hesabı 23-cü dəqiqədə Camal Musiala açıb. 67-ci dəqiqədə isə İlkay Gündoğan matçın yekun hesabını müəyyənləşdirib.

Qeyd edək ki, A qrupunun ilk görüşündə ALmaniya Şotlandiya yığmasına da qalib gəlmişdi — 5:1.

21:26

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Almaniya — Macarıstan matçında ikinci qol vurulub.

«Report» xəbər verir ki, Bundestim 67-ci dəqiqədə üstünlüyünü bir qədər də möhkəmləndirib — 2:0.

İlkay Gündoğan adını tabloya yazdırıb.

Qarşılaşma davam edir.

21:03

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Almaniya — Macarıstan matçında ikinci hissə start götürüb.

«Report» xəbər verir ki, Bundestim ilk hissədən sonra 1:0 hesabı ilə öndədir.

23-cü dəqiqədə Camal Musiala adını tabloya yazdırıb.

20:47

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Almaniya — Macarıstan matçında ilk hissə yekunlaşıb.

«Report» xəbər verir ki, Bundestim fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.

23-cü dəqiqədə Camal Musiala adını tabloya yazdırıb.

20:23

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Almaniya — Macarıstan matçında hesab açılıb.

«Report» xəbər verir ki, Ştutqart şəhərində davam edən matçda Bundestim fərqlənib.

23-cü dəqiqədə Camal Musiala adını tabloya yazdırıb.

20:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turu çərçivəsində Almaniya və Macarıstan yığmaları üz-üzə gəlir.

«Report» xəbər verir ki, A qrupunun matçı Ştutqart şəhərində start götürüb.

Qarşılaşmanı niderlandlı baş hakim Denni Makkeli idarə edir.





Source link

Leave A Reply

Your email address will not be published.