Evlilik BÖHRANI: Yenidən içki içməyə başladı

0 13

Amerikalı müğənni Cennifer Lopezlə evliliyində yaranan böhran fonunda aktyor Ben Afflek yenidən spirtli içkidən sui-istifadə etməyə başlayıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Ben Afflek Cennifer Lopezdən boşandıqdan sonra yenidən içki içməyə başlayıb.

Dostları deyirlər ki, o, illərdir alkoqolizm və qumar asılılığı ilə mübarizə aparır, amma indi evliliyi pozulduğu üçün əziyyət çəkir.

Eyni zamanda başqa bir dostu əlavə edib ki, o, Ben Afflekin spirtli içki aludəçisi olduğunu və anlaqsız vəziyyətə düşdüyünü öz gözləri ilə görüb.

Afflek və Lopesin ailəsində də bəzi dəyişikliklərin baş verdiyi qeyd edilir. Məsələn, əvvəllər qızının aktyorla münasibətini tam dəstəkləyən Lopesin anası indi ona qarşıdır. 



Source link

Leave A Reply

Your email address will not be published.