Azərbaycan I Liqasına vəsiqə uğrunda ilk pley-off görüşü keçirilib

0 13

Futbol üzrə Azərbaycan I Liqasını 10-cu sırada başa vuran «Araz Saatlı» klubu II Liqanın ikincisi «Cəbrayıl» klubu ilə üz-üzə gəlib.

«Report» xəbər verir ki, 2024/2025-cü illər mövsümündə I Liqada mübarizə aparmaq uğrunda pley-off mərhələsinin ilk görüşü «ASCO Arena»da baş tutub.

Qarşılaşma «Cəbrayıl» kollektivinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən qələbə qazanan tərəf növbəti mövsüm Azərbaycan I Liqasında çıxış etmək hüququ qazanacaq.





Source link

Leave A Reply

Your email address will not be published.