Türkiyənin azərbaycanlı astronavtı kosmosda missiyasını başa vurub — YENİLƏNİB

0 13

Türkiyənin azərbaycanlı astronavtı Tuva Cihangir Atasevər kosmosda missiyasını başa vurub.

«Report» xəbər verir ki, uçuş bir saat iyirmi dəqiqə davam edib.

Uçuşdan təxminən 40 dəqiqə sonra astronavtların olduğu kosmik kapsul daşıyıcı raketdən ayrılıb. Əvvəl kosmik kapsul, ardınca daşıyıcı raket Yerə uğurlu eniş edib.

18:45

Türkiyənin azərbaycanlı astronavtı Tuva Cihangir Atasever ABŞ-ın “Spaceport” (Nyu-Meksiko ştatı) kosmodromundan kosmosa uçub.

«Report» xəbər verir ki, uçuş zamanı o, Türkiyə və Azərbaycan bayraqları işlənmiş forma geyinib.

Tuva Cihangir Atasever və missiyanın digər üzvləri “Qəhrəman yürüşü” edərək kosmik təyyarəyə doğru yollanıblar.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin 100 illiyində Türkiyə Kosmik Agentliyi və TUBİTAK-ın seçimi əsasında 2 astronavt kosmosa uçuş haqqı qazanıb. Türkiyənin ilk astronavtları Alper Gezeravcı və Tuva Cihangir Atasever 36 min namizədin arasından seçilib.

Alper Gezeravcı bu il yanvarın 18-də Beynəlxalq Kosmik Stansiyaya uçub.





Source link

Leave A Reply

Your email address will not be published.