4 saat içərisində iki bacının meyiti tapıldı

0 29

Türkiyədə iki bacının meyiti tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Konya şəhərinin Selcuklu qəsəbəsində baş verib. 30 yaşlı Şerife Bedelin meyiti saat 10 radələrində yaşadığı evdən 1.5 km aralıda binalardan birinin həyətində tapılıb. Meyitin üzərində heç bir zorakılıq əlamətləri olmayıb.

Həmçinin məlum olub ki, onun bacısı 26 yaşlı Gül Bedelin meyiti də yaşadığı evdə saat 6 radələrində tapılıb. Onun dərman içərək intihar etdiyi üzə çıxıb.

Polis bacıların ölüm səbəbini araşdırmağa başlayıb.



Source link

Leave A Reply

Your email address will not be published.