Avropa çempionatı: Azərbaycanın minifutbol millisi qrup lideri olub

0 30

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında növbəti matçına çıxıb.

«Report» xəbər verir ki, Fransa yığması ilə üz-üzə gələn Elşad Quliyevin komandası 3:1 hesabı ilə qalib gəlib.

Bu nəticənin ardından yer aldığı F qrupunda maksimum nəticə göstərən millimiz turnir cədvəlini 9 xalla birinci sırada tamamlayıb.

Yığmamız pley-off mərhələsində E qrupunun ikincisi olacaq Bolqarıstan və ya Serbiya yığmalarından biri ilə qarşılaşacaq.

Qeyd edək ki, bundan əvvəlki iki turda Azərbaycan yığması Belçikanı 3:0, İtaliyanı isə 2:1 hesabı ilə məğlub edib.

Leave A Reply

Your email address will not be published.