Şuşada Beynəlxalq Sahibkarlar Forumu keçirilib — YENİLƏNİB

0 57

Şuşada Beynəlxalq Sahibkarlar Forumu keçirilib.

«Report»un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən foruma ICESCO-ya daxil olan 11 ölkədən — Azərbaycan, Cibuti, Tunis, Tacikistan, Türkiyə, Liviya, Seneqal, Somali, Misir, Mali, Sudandan təmsilçilər qatılıblar.

Forum çərçivəsində “Startapların və gələcək inklüziv texnologiyaların önəmi” mövzusunda panel müzakirə, “Sahibkarlıq vasitəsilə qadınların gücləndirilməsi: Trendlər və Çağırışlar”, «Startapdan biznesə doğru: mərkəzləşdirilməmiş süni intellekt: startapların innovasiya və əməkdaşlıq alətləri vasitəsilə səlahiyyətləndirilməsi: investor və vençur kapitalistlərin baxışı» mövzularında isə panel sessiyalar keçirilib.

Forumda müxtəlif ölkələrdən qatılan mütəxəssislərin və rəsmilərin çıxışları dinlənilib, müzakirələr aparılıb, suallar cavablandırılıb.

16:55

Şuşada Beynəlxalq Sahibkarlar Forumu keçirilir.

«Report»un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən foruma ICESCO-ya daxil olan 11 ölkədən — Azərbaycan, Cibuti, Tunis, Tacikistan, Türkiyə, Liviya, Seneqal, Somali, Misir, Mali, Sudandan təmsilçilər qatılıblar.

Forum çərçivəsində “Startapların və gələcək inklüziv texnologiyaların önəmi”, “Sahibkarlıq vasitəsilə qadınların gücləndirilməsi: trendlər və çağırışlar” mövzularında müzakirələr aparılacaq.





Source link

Leave A Reply

Your email address will not be published.