“Sahibkarlıq vasitəsilə qadınların gücləndirilməsi: Trendlər və Çağırışlar” mövzusunda panel sessiya keçirilib

0 28

Şuşada keçirilən Beynəlxalq Sahibkarlar Forumunda “Sahibkarlıq vasitəsilə qadınların gücləndirilməsi: Trendlər və Çağırışlar” mövzusunda panel sessiya keçirilib.

«Report»un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, “Women in Tech” təşkilatının Azərbaycandakı nümayəndəliyinin səfiri Leyla Seyidzadənin moderatorluğu ilə keçirilən sessiyada qadınların biznes və startaplarda aktivliyindən və bu istiqamətdə qarşılaşdığı problemlərdən bəhs olunub.

«AI Talent» platformasının İdarə Heyətinin üzvü və investor Pegah Gol qadınların sahibkarlıq sahəsində bir çox çətinliklərlə üzləşdiyini diqqətə çatdırıb:

«İnvestorların qadın sahibkarlara etibarı çox aşağı səviyyədədir. Biz birlikdə bu problemi həll etmək üçün birləşməliyik».

Pakistan innovasiya araşdırmaları direktoru Noshaba Awais isə qadınların sahibkarlıq sahəsində inkişaf etməsi üçün böyük bir məsafə qət etməli olduqlarını deyib.

“FemTech” Akselerasiya Mərkəzinin rəhbəri Nərgiz Əmrahova əmək bazarının prinsiplərindən söz açıb, bu sahədə spesifik boşluqların olduğunu deyib:

«Qadınlar üçün fürsət və imkanlar yaranmır. Bunun üçün biz əmək bazarında dəyişikliklər etməliyik. Qadınları texnologiya sahəsində, rəhbər vəzifələrdə görmək istəyirik».

Qadınlar üçün liderlik proqramı olan «Catalyst Labs»ın təsisçisi Jehan Ara öz layihəsi barədə məlumat verib.

Panel sessiya ümumi müzakirələr və sual-cavabla davam edib.

Leave A Reply

Your email address will not be published.