Qızıl Avropa Liqası: Azərbaycan millisi son oyunda məğlub olub

0 31

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında son oyununu keçirib.

«Report»un məlumatına görə, Faiq Qarayevin baş məşqçisi olduğu yığma Bakıda Avstriya ilə üz-üzə gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində gerçəkləşən qarşılaşma komandamızın məğlubiyyəti ilə bitib — 2:3 (25:22, 25:19, 23:25, 16:25, 8:15).

Qeyd edək ki, yığma əvvəlki beş oyunda iki qələbə qazanmışdı.

Leave A Reply

Your email address will not be published.