Maksim Medvedev karyerasını başa vurub — FOTO

0 14


«Qarabağ»ın futbolçusu Maksim Medvedev karyerasını başa vurub.

«Report» xəbər verir ki, bu barədə «köhlən atlar»ın «Zirə»yə qarşı keçirdiyi Azərbaycan Kubokunun final oyununda məlumat verilib.

Qarşılaşmadan əvvəl təcrübəli müdafiəçiyə xatirə hədiyyələri təqdim edilib.

Kapitan sözügedən görüşə ehtiyat oyunçular skamyasında başlayıb.

Qeyd edək ki, 34 yaşlı futbolçu 2006-cı ildə Ağdam təmsilçisinin əsas komandasında debüt edib. O, 2009-cu ildən Azərbaycan millisinin formasını geyinib.





Source link

Leave A Reply

Your email address will not be published.