KİV: Şimali Koreya raketi Sarı dənizin üzərində parçalara ayrılıb — YENİLƏNİB

0 13

Cənubi Koreya ordusu qeyd edib ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən buraxılan raket Sarı dəniz üzərində çoxsaylı parçalara ayrılıb.

«Report» xəbər verir ki, bu barədə «Yonhap» agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

Yaponiyanın NHK telekanalı bundan əvvəl Çin və KXDR sərhədi yaxınlığında səmada partlayışa bənzər parlaq parıltının görüntülərini nümayiş etdirmişdi.

18:21

Şimali Koreyanın ballistik raket buraxması səbəbindən Okinava prefekturasının sakinləri möhkəm binalarda və ya yerin altında sığınmağa çağırılır.

“Report” TASS-a istinadən xəbər verir ki, müvafiq xəbərdarlıq Yaponiyanın “J-Alert” fövqəladə hallar barədə xəbərdarlıq sistemi vasitəsilə yayılıb.

Yaponiya Sahil Mühafizəsi daha əvvəl qeyd edib ki, Koreya Xalq Demokratik Respublikasından peykin mayın 27-dən iyunun 4-dək buraxılması planları barədə bildiriş alıb.

Raket pillələrinin düşəcəyi gözlənilən ərazilər Yaponiyanın müstəsna iqtisadi zonasından kənardadır.





Source link

Leave A Reply

Your email address will not be published.