Yeni Azərbaycan Partiyasının yaranmasının 33-cü ildönümü münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirəm.
Yeni Azərbaycan Partiyasının yaranmasının 33-cü ildönümü münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirəm.
1992-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi sistemində mühüm rol oynayan, dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi xidmətləri ilə seçilən nüfuzlu bir təşkilat kimi formalaşmışdır. Partiyanın fəaliyyət göstərdiyi illər ərzində həyata keçirilən genişmiqyaslı islahatlar, qəbul edilən strateji qərarlar və icra olunan dövlət proqramları Azərbaycanın davamlı inkişafına, sabitlik mühitinə və beynəlxalq arenada mövqelərinin güclənməsinə əhəmiyyətli töhfələr vermişdir.