25.04.2025- ci il tarixində Azərbaycan Texniki Unverstetin Kitabxanasında qəhraman şəhidlərmizin xatirəsinə həsr olunmuş,AYB və AJB- nin üzvü Raziyə Kamilqızının qələmə aldığı “Unudulmaz ogullar” adlı kitabın təqdimatı keçirildi.

İlk önə Ulu Öndər Heydər Əliyev və qəhraman şəhidlərin xatirələri ehtiramla anıldı.Daha sonra girişi sözü ilə Texniki Universitetin Şəhid ailələri və vətən müharibəsi iştirakçıları ilə işlərin təşkili qrupunun rəhbəri ” Tərəqqi medallı” Zöhrə Məmmədova gələn qonaqları salamlayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhramanları ehtiramla yad etdi.Tədbirdə şəhid ailələri,ictimaət nümayəndələri,ziyalılar iştirak edirdi.Çıxış edənlər hər bir müəllifə yeni- yeni yaradıcılıq uğurları dilədilər.

Related Posts
Sonda ” UNUDULMAZ OĞULLAR” kitabın müəllifi kitab haqqında məlumat verərək,gələn qonaqlara,Texniki Universitetin rəhbərliyinə,Zöhrə xanım Məmmədovaya və kitabda olan bir neçə yazıları Türk dilinə çevirdiyi üçün Türkiyə Kafkaz Unverstetini Çagdaş Türk dilləri fakultəsini ,Balıkəsirdə Magistir Folkuşünaslıq Ali Təhsil alıb bitirən , Türkiyə Qızıl Ayda dəfələrlə Fərqlənmə ,Diplom, Tərifnamələrə laiq olan Rəna Məlikovaya təşəkkürünü bildirdi.
Tədbirin sonunda hər kəsə müəllif tərəfindən kitablar hədiyyə olunaraq xatirə şəkilləri çəkildi.
