Türkiyənin Sivas şəhərində müəllim ibtidai sinif şagirdinin həyatını xilas edib.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə anbaan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Məktəblinin nəfəs borusunda qalan qidadan onun boğulduğunu görən müəllim Heymlix fəndi ilə onu xilas edə bilib.