Türkiyənin Balıkesir vilayətində 9-cu aviabazadan havaya qalxan “F-16” tipli döyüş təyyarəsi qəzaya uğrayıb, bir hərbçi şəhid olub.
Oxu.Az bu barədə “Haber Global”a istinadən xəbər verir.
Balıkesir valisi İsmail Ustaoğlu hadisənin yerli vaxtla saat 1 radələrində baş verdiyini açıqlayıb.
Təyyarənin İzmir-İstanbul magistralının Balıkesirin Naifli kəndi ərazisindən keçən hissəsinə düşdüyü məlum olub. Yol hər iki istiqamətdə hərəkətə bağlanıb. Bölgəyə çox sayda yanğınsöndürən və təcili yardım briqadası cəlb olunub.
Milli Müdafiə Nazirliyindən bildirilib ki, “F-16” ilə rabitə əlaqəsi yerli vaxtla saat 00:56-dan etibarən kəsilib və təyyarə radardan itib. Qəzanın səbəbi araşdırılır.