İnformasiya Portalı

Tofiq Əliyev: “Son ana qədər liderliyimi qoruyub saxladım”

0

“Son ana qədər liderliyimi qoruyub saxladım”.

Oxu.Az xəbər verir ki, bu sözləri tamblinq gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Tofiq Əliyev Bakıda keçirilən Dünya Kubokunda gümüş medal qazandıqdan sonra deyib.

O, son final oyununda əzələlərinin yorğun olduğunu bildirib:

“Yerli publika qarşısında medalsız qalmamaq üçün risk etmək, işimi daha da çətinləşdirmək istəmədim. Çünki gümüş medalı belə, qazanmamaq ehtimalım var idi.

Qızıl medal da qazana bilərdim. Lakin hakimlərin yekun qərarında aktivimdən 0.6 xal silindi. Buna da səbəb keçiddə ayağımı bükdüyüm göstərildi. Bunun nəticəsində də ikinci oldum”.

O, millimizin digər üzvü qızıl medalın sahibi Mixail Malkinə qarşı mübarizə aparması barədə də danışıb:

“Mixail Malkinin bu idman növündə təcrübəsi mənim yaşım qədərdir. Biz ilk dəfə idi ki, kürsüdə yan-yana dayanmışdıq. Uzun müddətdir bunu arzulayırdıq. İkimizin de medal qazanmasına görə sevincliyəm”.

“Bizi qarşıda Avropa çempionatı gözləyir. Orada da komanda hesabında irəli getmək və kürsüdə iki idmançı olmaq istəyirik”, – deyə gimnastımız qeyd edib.

Qeyd edək ki, tamblinq gimnastikası üzrə qızıl medala digər təmsilçimiz Mixail Malkin yiyələnib.

Bir cavab yazın

Your email address will not be published.