Baku TV-nin “Baku Aktual” verilişinin yeni buraxılışı yayımlanıb. Proqramın budəfəki buraxılışında son dövrlər daha çox müşahidə edilən anomal hava şəraiti, o сümlədən iqlim dəyişikliyinin ölkəmizə təsiri ilə bağlı müzakirə aparılıb.
Coğrafi mövqeyimiz iqlim dəyişmələrinin təsirlərinə həssasdır? Azərbaycan iqlim dəyişməsindən zərər görəcək? Ölkəmizdə qış, payız, yaz olmayacaq? Sellər, yanğınlar, quraqlıqlar səhralaşmaya aparır? Su ehtiyatlarımız təhlükəli həddə düşüb?
Coğrafiya elmləri doktoru Səid Səfərov, biologiya elmləri üzrə fəlsəfə doktoru, ekoloq Fikrət Cəfərov, “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli, “SEDAM MMC”nin monitorinq şöbəsinin mühəndisi İsa Əliyevlə bu və digər suallara aydınlıq gətirilib.
Ətraflı videomaterialda:
