Qazaxıstanın müdafiə naziri Bakıda keçirilən hərbi paradda iştirak edir

0 26

Qazaxıstanın müdafiə naziri Dauren Kosanov İkinci Qarabağ müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda iştirak etmək üçün Bakıya gəlib.

Oxu.Az xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel sosial şəbəkələrdə paylaşım edib.

“Qazaxıstanın müdafiə naziri paradda iştirak etmək üçün xüsusi olaraq Bakıya gəlib. Qardaş Azərbaycanı Zəfər Günü münasibətilə ürəkdən təbrik edirik! Bütün şəhidlərin məkanı cənnət olsun”, – deyə paylaşımda bildirilir.

Leave A Reply

Your email address will not be published.