Bakıda “Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ikinci hissə başlayıb.
“Report”un məlumatına görə, Azərbaycan təmsilçisi hesabda öndədir – 1:0.
28-ci dəqiqədə Abdullah Zubir fərqlənib.
Bakıda “Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ilk hissə başa çatıb.
“Report”un məlumatına görə, Azərbaycan təmsilçisi fasiləyə öndə yollanıb – 1:0.
28-ci dəqiqədə Abdullah Zubir fərqlənib.
Bakıda “Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ilk qol vurulub.
“Report”un məlumatına görə, Azərbaycan təmsilçisi hesabı açıb.
28-ci dəqiqədə Abdullah Zubir fərqlənib.
20:45
Bakıda “Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında təşkil olunan UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu başlayıb.
“Report”un məlumatına görə, matç Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürüb.
Qarşılaşmanı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük idarə edir.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsinin I turunda Portuqaliyada “Benfika”ya qalib gəlib – 3:2. “Kopenhagen” isə evdə Almaniyanın “Bayer 04” klubu ilə heç-heçə edib – 2:2.